Maskalı şəxslər “Rosbank”ın Ufadakı filialını soydu – ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Maskalı və silahlı şəxslər “Rosbank”ın Ufadakı filialını qarət ediblər.
BAKU.WS "oxu.az"-a istinadən xəbər verir ki, bu barədə Başqırdıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İlkin məlumatlara görə, iki naməlum şəxs tapançaya bənzər əşya ilə hədə-qorxu gələrək pul oğurlayıblar. Hazırda polis əməkdaşları içəri daxil olan şəxsləri axtarır”, - deyə idarədən bildiriblər.
Ufanın Suryupi küçəsindəki ofisə hücum dekabrın 25-i günorta saatlarında törədilib. “Shot” “Telegram” kanalının məlumatına görə, hücum edənlər filialdan 4 milyon 100 min rubl çıxarıblar. Təhlükəsizlik kameralarına düşən videodan görünür ki, bank işçisini tapança ilə hədələyən şəxs onu seyfi açmağa məcbur edib və oradan pulu götürüb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci (“Soyğunçuluq”) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Azərbaycanda axtarışda olan şəxslər İranda konfransda - FOTO
İran terrorçulara dəstək verməyə davam edir. “Azad İran” “Telegram” kanalının xəbərinə görə, İranın paytaxtı Tehranda keçirilən konfransda “Hüseyniyyun” (Hüseyn...