İlin ən axmaq cinayəti: Quldurluq etdilər, gizlənmək üçün Baş Polis İdarəsinə qaçdılar
13
fev
2019
23:34
Ukraynanın Odessa şəhərinin mərkəzində bir kişiyə qarşı quldurluq edən iki nəfər hadisə yerindən polis idarəsinə tərəf qaçıb. Bizimyol.info xəbər verir ki, bu barədə polis əməkdaşı Zoya Melnik özünün “facebook” profilində məlumat yayıb.Cinayətkar zərərçəkənə bədən xəsarəti yetirərək, onun əlindəki çantanı alıb qaçıblar. Çantanın içində böyük məbləğdə pul olub.“Ya cinayətkarlar Odessaya “qastrola” gələnlər olub, bu üzdən şəhəri pis tanıyıblar, ya da tələsdiklərinə görə səhvə yol veriblər. Onlar birbaşa Baş Polis İdarəsinə qaçıblar”, – Zoya Melnik yazır.Baş verənləri “ilin ən axmaq cinayəti” adlandıran Melnikin sözlərinə görə, quldurluq edənlər yaxalanıb. Onlardan birini elə idarənin cinayət-axtarış bölməsinin əməkdaşı saxlayıb.Keçən ilin mayında Ekraynanın başqa bir şəhərində – Xarkovda da qəribə cinayət hadisəsi baş vermişdi. Avtodayanacağın gözətçi otağındakı seyfi oğurlayan cinayətkar polis tərəfindən yaxalanmışdı. Polislər seyfi açanda məlum olmuşdu ki, içində cəmi 410 qriven (25 manat) pul var. Onun tutulmasında iştirak etmiş polis əməkdaşlarından biri danışırdı ki, oğru pulun məbləğini biləndə ağlamışdı. Polisin sözlərinə görə, cinayətkar seyfi oğurlyarkən əlinə əlcək əvəzinə corab keçirmişdi.BAKU.WS
Oxşar xəbərlər
Bu şəxs sizi də aldadıbsa “102”yə zəng edin
Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək soyğunçuluq cinayətləri törədən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən m...