Marneulinin yeni merinin adı məlum oldu
03
okt
2021
17:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Marneuli şəhərində yerli özünüidarəetmə orqanına keçirilən seçkilərin qalibi Kənan Ömərov olub.
Hakim “Gürcü Arzusu” partiyasının namizədi Kənan Ömərovun bülletenlərin 100 faizinin hesablanması nəticəsində 68,01 faiz səs topladığı məlum olub.
Kənan Ömərovun seçkilərdəki rəqibləri Eldar Mustafayev (“Vahid Milli Hərəkat”) 28,17 faiz, Əhməd İmamquliyev (“Avropa Gürcüstanı”) isə cəmi 3,58 faiz səs toplaya bilib.
Oxşar xəbərlər
Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər başa çatıb
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər saat 20:00-da yekunlaşıb, səslərin hesablanması başlayıb. BAKU.WS xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki...