Marko Curiç: Serbiya COP29-da çox aktiv şəkildə iştirak edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Serbiya COP29-da çox aktiv şəkildə iştirak edəcək.
BAKU.WS xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 20 ildən ardıqdır ki, Azərbaycan-Serbiya münasibətləri mövcuddur:
"Bakıda apardığımız müzakirələr çox faydalı olmuşdur. İldən ilə əməkdaşlıq artır və bu il rekord səviyyədədir. Ancaq biz əməkdaşlığımızı daha da artırmaq niyyətindəyik. İnsanlar arasında da əlaqənin artması üçün iqtisadiyyatımız da inkişaf etməlidir. Azərbaycan COP29-a evsahibliyi edəcək. Buna görə təbrik edirəm. Hazırda iqlimlə bağlı təşəbbüslərin həyata keçirilməsi çox önəmlidir".
Oxşar xəbərlər
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsəl...