Mariupoldan mülki vətəndaşların evakuasiyası davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Mariupoldan mülki vətəndaşların evakuasiyanın ikinci mərhələsi davam edir.
APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko bildirib.
"Evakuasiya davam edir. İlkin razılaşmaya görə, Manquş və Berdyanskdan insanlar da öz nəqliyyat vasitələri ilə təxliyə konvoylarına qatıla bilər", - o deyib.
Ukraynalı rəsmi bildirib ki, təxliyə şərti sükut şəraitində həyata keçirilir: "Sükut şərtidir, çünki dünəni nəzərə alsaq avtobuslar "Azovstal"ı tərk edən kimi yenidən atəşə başlamışdılar".
Qeyd edək ki, Prezident Zelenski bildirib ki, mayın 1-də 100-dən çox mülki vətəndaş "Azovstal"dan təxliyə olunub.
Oxşar xəbərlər
Putin "Azovstal"a hücumu niyə dayandırıb? - 3 versiya
BBC-nin icmalçısı Pol Adams Rusiya prezidenti Vladimir Putinin Mariupol şəhərində yerləşən "Azovstal" zavoduna rus ordusunun hücumunu ləğv etməsini izah edib. B...