Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marianxeles Belluşi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Mehriban xanım.
Doğum gününüz münasibətilə Argentinanın Azərbaycandakı səfirliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji, həmçinin ölkəniz və Azərbaycan xalqı naminə göstərdiyiniz səylərdə davamlı uğurlar arzulayıram.
Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikasının Azərbaycandakı səfirliyi arasında davamlı və səmərəli əməkdaşlığa görə də Sizə səmimi təşəkkürümü bildirirəm. Biz ölkələrimiz arasında əməkdaşlığın yeni sahələrində uğurlardan şad olarıq.
Hörmətli Mehriban xanım, Sizə dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...