Malayziyanın Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Malayziyanın Kralı Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması xəbəri məni və Kraliça Raca Zarit Sofianı dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Bu çətin zamanda düşüncələrimiz və dualarımız yaxınlarını itirmiş insanlarladır. Eyni zamanda, yaralananların tezliklə sağalmalarını arzu edirik.
Qoy Azərbaycan xalqının gücü və birliyi ona bu ağrı-acılı günlərdə kömək olsun!"
Oxşar xəbərlər
Mirzoyan: Bakı ilə İrəvan arasında sülh regionda yeni iqtisadi imkanlar açır
Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır. BAKU...
