Makronla “Uber” şirkəti arasında gizli sövdələşmə ORTAYA ÇIXDI
Fransa Prezidenti Emmanuel Makronla ABŞ-nin “Uber” şirkəti arasında gizli sövdələşmənin üstü açılıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransa parlamenti komissiyasının hesabatında məlumata rast gəlinir.
Məlumatda qeyd edilir ki, “Uber” Fransa hökumətində ən yüksək səviyyədə özünə müttəfiqlər tapıb. Bildirilib ki, bu, E.Makron və onun kabinetinin üzvləri arasında qeyri-şəffaf, ancaq imtiyazlı əlaqənin göstəricisi sayılır.
Məlumata görə, şirkətlə əməkdaşlığa dair qərarlar dövlət səviyyəsində şəxsi maraqlar baxımından aparılıb. Orada E.Makronun Fransanın iqtisadiyyat naziri olduğu dövrdə “Uber”lə bağladığı gizli sövdələşmə sayəsində şirkətin sürücüləri üçün təlim saatlarını 250-dən 7-yə endirdiyi barədə hissəyə də rast gəlinir.
Xatırladaq ki, "Uber" ABŞ-nin taksi xidməti göstərən dünyaca məşhur şirkətidir.
Oxşar xəbərlər
Medvedev Makronun ittihamlarına cavab verdi: "Ayıb olsun, cənab Prezident!"
"Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır. Fransa Prezidenti Emmanuel Makronun son bəyanatını izah etməyin başqa yolu yoxdur". BA...