Makron: “Rusiya ilə dialoq Avropada təhlükəsizliyi təmin edəcək”
07
fev
2022
23:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya ilə dialoq Avropada sabitliyə və təhlükəsizliyə nail olmaq üçün əsas vasitədir”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Moskvada Rusiya lideri Vladimir Putinlə görüşü zamanı deyib.
“Düşünürəm ki, dialoq indi həmişəkindən daha aktualdır. Bu dialoq lazımdır: yalnız o, Avropa qitəsində təhlükəsizliyi və sabitliyi təmin edəcək”, - Makron bildirib.
Fransa lideri bildirib ki, hazırda Avropada vəziyyət kritikdir və bütün tərəflər məsuliyyətli davranmalıdır.
Oxşar xəbərlər
Putinlə Makron Moskva görüşü barədə müzakirə aparıblar
Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. BAKU.WS “report”a istinadən xəbər verir ki, lidelər Rusiya...