Makron dünya liderlərilə Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı mümkün yeni sanksiyaları müzakirə etmək üçün ABŞ prezidenti Co Bayden və bir sıra digər Qərb liderləri ilə telefonla danışacaq.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, o, bu barədə “France 5” telekanalının efirində bildirib.
“Sabah axşam prezident Bayden və digər Avropa liderləri ilə söhbətim olacaq, biz Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəyik”, - Makron bildirib.
Rusiyadan təbii qaz tədarükünə mümkün məhdudiyyətlər barədə sualı cavablandıran Makron deyib: “Rusiyadan birbaşa Fransaya gedəcək bir boru xətti yoxdur. Digər ölkələrin bu tədarüklərdən asılıdır”.
Oxşar xəbərlər
Makron Ukraynada dərhal atəşkəs tələb etdi
Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makron arasında baş tutan telefon danışığının bəzi təfərrüatları açıqlanıb. BAKU.WS APA-ya istinadən...