Makron baş nazirin istefasını qəbul etdi
16
iyl
2024
21:04
Fransa Prezidenti Emmanuel Makron baş nazir Qarbiyel Attalın istefasını qəbul edib.
Bu barədə Yelisey Sarayından bildirilib.
Qeyd olunub ki, dövlət başçısı hazırki hökumətə yeni kabinet formalaşana qədər cari məsələlərin həllini tapşırıb.
Qabriel Attal iyulun 8-də parlament seçkilərindən sonra istefa ərizəsini Makrona təqdim edib. Prezident o zaman ölkədə sabitliyin təmin olunmasının vacibliyini əsas gətirərək ərizəni qəbul etməyib.
Oxşar xəbərlər
Makronun ən yaxın adamı ondan uzaqlaşıb
"Fransanın baş naziri Qabriel Attal seçki kampaniyası zamanı ölkə Prezidenti Emmanuel Makrondan getdikcə daha çox uzaqlaşır". Bu barədə "Les Echos"un yaydığı mə...