Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra həbs olunanların SAYI
Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra həbs olunanların sayı açıqlanıb.
BAKU.WS-in Rusiya mediasına istinadən xəbərinə görə, bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
"Mahaçqala hava limanında baş verən iğtişaşlarla bağlı həbs olunanların sayı 17-yə çatıb", - məhkəmənin açıqlamasında deyilir.
Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında iğtişaşçılar Mahaçqala hava limanına soxulub. Təl-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.
Oxşar xəbərlər
İğtişaşlardan sonra Mahaçqala hava limanına dəyən ziyanın məbləği AÇIQLANDI
İğtişaşlardan sonra Mahaçqala hava limanına dəyən ziyanın miqdarı bir neçə milyon rubl dəyərində qiymətləndirilir. BAKU.WS-in TASS-a istinadən verdiyi məlumata...