Maaşları 60% qaldırılan işçilər sevincdən bələdiyyə sədrini çiyinlərinə qaldırdılar - FOTO

Maaşları 60% qaldırılan işçilər sevincdən bələdiyyə sədrini çiyinlərinə qaldırdılar - FOTO
Foto
Siyasət 9

Türkiyədə, Yalovanın Çiftlikköy Bələdiyyəsində aparılan danışıqlar nəticəsində ən aşağı işçi maaşı təxminən yüzdə 60 artaraq 31 min 103 lirə olub.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, bələdiyyə işçiləri aldıqları artımı bələdiyyə sədrini çiyinlərində qaldıraraq coşğu ilə qeyd ediblər.

Belə ki, bələdiyyə sədri Ali Murat Silbakar çıxışı zamanı hər zaman fəhlənin və bələdiyyə işçilərinin tərəfində olduğunu bildirib:

“Bizlər dünən olduğu kimi, bu gün də, bu gün olduğu kimi, sabah da, xalqımıza xidmət etdiyimiz dəyərli işçilərimizin hüquqlarını qoruyaraq, onların haqqını itirməyəcəyik deyib verdiyimiz sözə əməl etdik.

Sizləri sevirəm. Allah sizdən razı olsun, dualarınızı unutmayın. Siz dualar edin ki, allah da bizə bu ödənişləri edə bilməyimiz üçün dəstək versin. Allaha əmanət olun”.

Sədr, kollektiv müqavilə ilə ən aşağı işçi maaşının xalis 31 min 103 lirəyə qaldırıldığını, evli iki uşaqlı işçilər üçün minimum maaşın isə xalis 33 min 540 lirə olaraq təyin edildiyini bildirib.

Son xəbərlər