Lukaşenko Putinə zəng edib

Lukaşenko Putinə zəng edib
Siyasət 4

Belarus prezidenti Aleksandr Lukaşenko və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezidentlər arasında telefon danışığı Aleksandr Lukaşenkonun təşəbbüsü ilə baş tutub.

“İkitərəfli qarşılıqlı fəaliyyətin gələcək inkişafı və enerji, nəqliyyat və yüksək texnologiyalar daxil olmaqla, ittifaq inteqrasiyasının təşviqi ilə bağlı cari mövzular nəzərdən keçirilib”, -deyə Kremlin mətbuat xidmətinin bəyanatında deyilir.

Bundan əlavə, liderlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də Minskdə keçiriləcək növbəti iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Son xəbərlər