Lukaşenko: KTMT Ermənistansız çökəsi deyil
Yeniliklərdən dərhal xəbərdar olun
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan olmadan çökəsi deyil.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Biz buna tamamilə sakit reaksiya veririk. KTMT-də olmaq istəməsələr, o çökməyəcək, dağılmayacaq”, – Belarus lideri söyləyib.
Onun sözlərinə görə, bununla bağlı İrəvandan hələlik heç bir rəsmi bildiriş daxil olmayıb.
Xatırladaq ki, daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin “Rusiyanın hakim olduğu” KTMT-də iştirakını dondurduğunu bildirib. Növbəti gün Təşkilatın Katibliyi İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir müraciət almadığına diqqət çəkərək Paşinyanın açıqlamalarını “təşkilatın keçirdiyi heç bir tədbirdə iştirak etməmək”lə əlaqələndirib.//report
Oxşar xəbərlər
Ararat Mirzoyana Moskva şapalağı - ANALİTİK ŞƏRH - FOTO
Cənubi Qafqaz regionunda vəziyyət hər dəfə qaynama nöqtəsinə çatanda hamımıza artıq tanış olan telefon alqoritmini müşahidə etməli oluruq: Ermənistanın baş nazi...