Lukaşenko hansı xəstəliyə tutulduğunu açıqladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Belarus prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
O, adenovirusa tutulduğunu və ölmək fikrində olmadığını bəyan edib.
Bu barədə Belarus lideri səhiyyə məsələlərinə həsr olunmuş hökumət iclasında məlumat verib.
“Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Bu, messencerlərdə və teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Bu adenovirus idi”, - Lukaşenko bildirib.
Belarus prezidentinin sözlərinə görə, onun xəstəliyi gərgin iş qrafiki ilə bağlı olub və bu da ona müalicə olunmaq imkanı verməyib.
“Ona görə də mən ölməyəcəm, uşaqlar. Siz hələ çox uzun müddət mənimlə birlikdə əziyyət çəkəcəksiniz”, - deyə Belarus lideri yekunlaşdırıb.//oxu.az
Oxşar xəbərlər
RLİ: “Rusiya Lukaşenkonu aradan götürməyə hazırlaşır: Sui-qəsd ssenarisi hazırdır”
“Kreml Belarus ordusunun Ukraynaya qarşı müharibəyə cəlb edilməsi üçün radikal variant planlaşdırıb. Rusiya xüsusilə də Belarus Prezidenti Aleksandr Lukaşenkonu...