Lukaşenko gedir? - Belarusda siyasi gərginlik
26
avq
2019
16:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Belarusda siyasi fikir ayrılığı getdikcə güclənir.BAKU.WS xəbər verir ki, siyasi analitiklər ölkənin getdikcə Qərbə daha çox etibar etməyə başladığını və Rusiyada bir ümid görmədiyini bildirirlər.Bu səbəbdən artıq ölkə prezidenti Aleksandr Lukaşenkonun siyasi xəttə uyğun gəlmədiyi qeyd edilir.Artıq onun yerinə gələ biləcək namizədin adı da məlumdur. İddialara görə, növbəti prezident seçkilərində sabiq Xarici İşlər naziri Vladimir Makey namizədliyini irəli sürəcək. Hazırda onu Qərb siyasətinə ən uyğun şəxs kimi görürlər.Qeyd edək ki, son zamanlar Lukaşenkonun Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri də pisləşib. Beynəlxalq konfranslardan bir neçə dəfə onların mübahisəsi düşmüşdü.
Oxşar xəbərlər
Zelenski Putinlə Donbasdakı durumu müzakirə edib
Rusiya prezidenti Vladimir Putinlə çərşənbə günü ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub. BAKU.WS xəbər verir ki, bu barədə Kremlin s...