İlqar Məmmədov Avropa Şurasını aldatdı
10
apr
2019
21:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Strasburqda AŞPA-nın insan haqlarına dair monitorinq Komitəsi tərəfindən təşkil edilmiş dinləmələr keçirilib. Həmin dinləmələrdə Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olunub.BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, dinləmələrdə qonaq kimi müxalif ReAL partiyasının sədri İlqar Məmmədov da iştirak etməliydi. Lakin o dinləmələrə videoəlaqə vasitəsilə qatılıb və bildirib ki, Strasburqa gedə bilmir, çünki pasport verilməyib.Lakin məlum olub ki, İ.Məmmədov AŞPA-ya yalan məlumat verib. Onun pasportu var və ölkədən çıxışına qoyulmuş bütün məhdudiyyətlər aradan qaldırılıb. Məmmədova pasport hələ 2009-cu ildə verilib və bu ilin avqust ayına qədər qüvvədədir.İ.Məmmədovun Strasburqa getməkdən imtina etməsi və AŞPA-ya yalan informasiya verməsi müəmmalıdır. Hərçənd ola bilsin İ.Məmmədov bununla Azərbaycanda insan haqları ilə bağlı daha pis mənzərə hökm sürdüyünü nümayiş etdirməyə çalışıb.BAKU.WS
Oxşar xəbərlər
Ali Məhkəmə İlqar Məmmədovla bağlı QƏRAR VERDİ
Real Partiyasının sədri İlqar Məmmədovla bağlı şərti məhkum etmə cəzası ləğv edilib.BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, bu barədə Ali Məhkəmə bu gün qər...