London metrosunda partlayış - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin paytaxtı Londonda metro stansiyasında güclü yanğınla müşayiət olunan partlayış baş verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin ardından metronun hərəkəti dayandırılıb və bəzi binalar boşaldılıb.
Məlumata əsasən, stansiyadan tüstü qalxdığından əraziyə yanğınsöndürənlər cəlb olunub. Southwark və London Bridge stansiyaları bağlanıb, metro xidmətləri dayandırılıb.
Bəzi binaların sakinləri evakuasiya edilərkən, sakinlərə güclü tüstü səbəbindən pəncərə və qapıları bağlı saxlamaq tövsiyə olunub. Yanğına 70 yanğınsöndürənlə müdaxilə davam edir.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...