İlk türk astronavtın Yerə qayıtması yenidən təxirə salınıb
Türkiyənin ilk astronavtı Alper Gezeravcı və digər astronavtların Yerə qayıtmaqları yenidən təxirə salınıb.
BAKU.WS xəbər verir ki, bu barədə “SpaceX” məlumat yayıb.
Bildirilib ki, buna səbəb Florida sahillərində davam edən əlverişsiz hava şəraitidir:
“Florida sahillərində davam edən əlverişsiz hava şəraiti səbəbindən “Dragon”un çərşənbə axşamı Kosmik Stansiyadan ayrılması təxirə salınır. Kosmik gəmi və Ax-3 ekipajı sağlam olaraq qalır və komandalar növbəti fürsət üçün hava şəraitini izləməyə davam edəcək".
“SpaceX”ın əvvəlki açıqlamasında isə bildirilmişdi ki, Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılmaq təxirə salınıb, Dragon və Ax-3 komandası fevralın 5-dən əvvəl BKS-dən ayrılmayacaq.
Oxşar xəbərlər
Alper Gezeravcının Yerə dönüşü təxirə salındı
Türkiyənin ilk astronavtı Alper Gezeravcının Yerə qayıtmağı təxirə salınıb. BAKU.WS xəbər verir ki, bu barədə "SpaceX"in rəsmi hesabı "X"da qeyd edib. Bildiril...