Liviyanın Prezident Şurasının Sədri Azərbaycan liderinə məktub ünvanlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Vaşinqton bəyannaməsi Qafqaz regionunda uzun illər davam edən münaqişənin sona çatdırılması istiqamətində yeni mərhələni əks etdirən mühüm addımdır.
BAKU.WS xəbər verir ki, bu barədə Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfinin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd olunub.
"Azərbaycan ilə Ermənistan arasında 2025-ci il avqustun 8-də tarixi sülh bəyannaməsinin imzalanması münasibətilə Sizi ürəkdən təbrik etməkdən məmnunluq duyuram. Bu, Qafqaz regionunda uzun illər davam edən münaqişənin sona çatdırılması istiqamətində yeni mərhələni əks etdirən mühüm addımdır.
Sizin müdrik rəhbərliyiniz və sülhə nail olmaq istiqamətində göstərdiyiniz güclü iradə bu qeyri-adi uğura gətirib çıxarmış, bölgədə təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verib. Siz dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığa sadiqliyinizi nümayiş etdirməklə münaqişələrin həllində örnək sayıla biləcək bir model ortaya qoymusunuz.
Azərbaycan xalqına daimi inkişaf və rifah arzularımızı ifadə edir, bu tarixi nailiyyət fonunda ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənəcəyinə ümid bəsləyirik.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm",-deyə bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...