İlin ikinci Günəş tutulması başlayıb
14
dek
2020
18:30
İlin ikinci Günəş tutulması başlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, tam Günəş tutulmasıdır. Saat 17:34-də başlayan tutulma hadisəsi saat 22:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 20:15-də olacaq. Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edəcək. Tutulma hadisəsi Cənubi Amerikanın orta və cənub hissələrində, Atlantik və Sakit okenda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə olunacaq.
Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
Oxşar xəbərlər
Gələn il bu tarixlərdə Ay və Günəş tutulmaları olacaq
Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2021-ci ildə gözlənilən Günəş və Ay tutulmalarının vaxtını təqdim edib....