İlham Əliyevdən Paşinyanın hədələrinə cavab
11
may
2018
10:15
"Biz güclü ordu qurmuşuq. Orduların gücünü müəyyən edən aparıcı reytinq agentlikləri Azərbaycan Ordusunu 50 güclü ordu sırasında görürlər. Biz bunu bilirik və bizim hərbi gücümüz gündən-günə artır". BAKU.WS-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib.Prezident bildirib ki, iki il bundan əvvəl Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdi və o torpaqlarda – bizim doğma torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır: "Əminəm ki, gün gələcək və Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada və Xankəndidə qaldırılacaqdır".Qeyd edək ki, Ermənistanın baş naziri, Nikol Paşinyan danışıqlara Ermənistan Respublikasının adı ilə qatılacağını və qondarma rejimin öz rəsmi nümayəndəsinin olmasının vacibliyini vurğulayıb. Bununla yanaşı, Azərbaycana qarşı sərt və radikal bəyanat verən yeni baş nazir yerli publikaya hesablanmış çağırışlar edib. BAKU.WS
Oxşar xəbərlər
Türkiyədən Paşinyana cavab: Azərbaycan əraziləri azad edilməyincə…
Azərbaycan əraziləri azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması haqqında söhbət belə gedə bilməz.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə...