İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi olub - FOTO/VİDEO

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub.
BAKU.WS xəbər verir ki, “Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim ediliblər.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirilib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB - FOTO
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərba...