İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kəndində olublar

İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kəndində olublar
Siyasət 176

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərinə səfərindən sonra Daşaltı kəndində olublar.

BAKU.WS-in məlumatına görə, avtomobili özü idarə edən Prezident İlham Əliyev deyib:

“Bura Daşaltı kəndidir. Daşaltı kəndi ilə tanış olacağıq. Məhz bizim Müzəffər Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil olublar. Azərbaycanın gözəl təbiəti göz önündədir. Qarabağ torpağıdır. Bundan sonra azərbaycanlılar burada əbədi yaşayacaq”.

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün "Instagram" səhifəsində paylaşıb.

Son xəbərlər