İlham Əliyev Şahin Mustafayevə yeni vəzifə verdi

31
okt
2019
16:48
Prezident İlham Əliyev “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib.“Komissiyanın həmsədriŞahin Mustafayev - Azərbaycan Respublikası Baş Nazirinin müaviniKomissiyanın üzvləri:Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziriAzərbaycan Respublikası Xarici İşlər nazirinin müaviniAzərbaycan Respublikası Energetika nazirinin müaviniAzərbaycan Respublikası İqtisadiyyat nazirinin müaviniAzərbaycan Respublikası Mədəniyyət nazirinin müaviniAzərbaycan Respublikası Səhiyyə nazirinin müaviniAzərbaycan Respublikası Gənclər və İdman nazirinin müaviniAzərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müaviniAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müaviniAzərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədriAzərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoruAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentiAzərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.Sərəncama əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Çin Xalq Respublikası tərəfinə bildiriş göndərməlidir.
Oxşar xəbərlər
Prezident işdən çıxardığı nazirə yeni vəzifə verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ş.A.Mustafayevin Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. BA...
