İlham Əliyev: “Səhlənkarlığa yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı”
Yeniliklərdən dərhal xəbərdar olun
"Keçən ilin yayında baş vermiş qəza bizə çox baha başa gəldi. Bundan həm bizim vətəndaşlar əziyyət çəkdilər, metroda qalanlar oldu, həm də sənaye müəssisələri ziyan çəkdi. Ona görə qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradıldı və səhlənkarlığa, pozuntulara yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı".
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevi qəbul edərkən deyib.
Ona görə məhz bizim strateji obyektimiz olan Mingəçevir Elektrik Stansiyasının bərpası və qəzadan özümüzü sığortalamaq məsələləri “Azərenerji”nin yeni rəhbərliyi qarşısında əsas vəzifə kimi dayanmışdır. Eyni zamanda, 400 meqavat gücündə olan “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi bizim enerji generasiya güclərimizin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir.
Qəzadan sonra mən göstəriş vermişdim ki, bununla paralel olaraq, bizim bütün metro stansiyalarında generatorlar quraşdırılsın. Generatorların əsas işi ondan ibarətdir ki, əgər qəza baş verərsə, qatarlar perrona qədər hərəkət edə bilsinlər və eskalatorlar da işləsinlər. Generatorların quraşdırılması nə yerdədir? Bu iş başa çatıb, yoxsa yox?", - deyə Prezident əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev: “Azərbaycana investisiya qoymaq istəyən şirkətlər öz aralarında rəqabət aparırlar”
“Şadam ki, xarici investorlar Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılmasına böyük maraq göstərir”. Bunu Prezident İlham Əliyev “Azərenerji” ASC-nin p...