İlham Əliyev Qazaxıstan Prezidentinə zəng edib, onu yubileyi münasibətilə təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
Dövlət başçısı Kasım-Jomart Tokayevi yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Qazaxıstanın inkişafı və firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti bu ilin aprelində Qazaxıstana səfərini məmnunluqla xatırlayaraq göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib, səfərin uğurla nəticələndiyini və ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...