İlham Əliyev Pakistan İslam Respublikasının Prezidentinə təbrik məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Qardaş Pakistan ilə möhkəm təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Pakistan strateji tərəfdaşlığının və müttəfiqliyinin möhkəmləndirilməsi və dərinləşdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xoş ənənələrinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının əmin-amanlığı və firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Oxşar xəbərlər
Prezident İlham Əliyevə təbriklər gəlməyə davam edir - YENİLƏNİB
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Denis...