İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı məktubu ünvanlayıb.
BAKU.WS-in məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin Bəluçistan əyalətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!"
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...