İlham Əliyev: “Naxçıvanla Azərbaycanın əsas hissəsi quru yolla birləşdiriləcək”
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı bəyanatında Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təsbit edilir.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
“Bütün kommunikasiyaların, yolların açılması eyni zamanda burada göstərilir ki, yeni nəqliyyat, kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır.
Biz bunu, əlbəttə ki, dəstəkləmişik. Mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki bu bəndin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa əlaqəsi yoxdur. Şadam ki, mənim təkidli tələblərim qəbul olundu.
Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı”, - deyə İ.Əliyev bildirib.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...