İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı

21
sen
2019
13:58
Prezident İlham Əliyev Musa Şəkiliyevin ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Qeyd edək ki, Musa Şəkiliyev 23 sentyabr 1959-cu ildə Qax rayonunda anadan olub. Əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb.O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Departamentində direktor müavini vəzifələrində işləyib.Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Kərəm Həsənovla bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Kərəm Həsənovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, sərənc...
