İlham Əliyev: "Ermənistan təbiətimizə böyük zərbə vurub"
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.
“Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar”, - deyə dövlətimizin başçısı bildirib.
İndi transsərhəd təhlükələrinin mütləq nəzərə alınmalı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın burada sərgilədiyi mövqenin beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara, o cümlədən Espo Konvensiyasına əsaslandığını qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib - YENİLƏNİB - FOTO
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçiri...