İlham Əliyev ermənilərin yaşlı kişini qəbul etməməsindən danışıb: "Bu əxlaqsızlığın dərəcəsi varmı, ya yox?!" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Müharibə dövründə azad edilmiş bir kənddə iki yaşlı insan qalmışdı. Yiyəsiz. Yəni oradan qaçan "qəhrəman" erməni əsgərləri onları qoyub qaçmışdılar. Bir qadın idi, bir də kişi. Onların yaşı çox idi. Biz onları gətirdik və xəstəxanaya yerləşdirdik. Bundan sonra Ermənistan tərəfi ilə əlaqə saxladıq ki, biz onları təhvil vermək istəyirik".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
"Onları sərhədə gətirəndə onlar yaşlı qadını qəbul etdilər, yaşlı kişini isə qəbul etmədilər. Dedilər ki, bu, artıq xəstədir və bizim də buna baxmağa imkanımız yoxdur. Onun heç bir qohumu yoxdur. Əgər bunu qəbul etsək, kim ona baxacaq?
Baxın, bu əxlaqsızlığın dərəcəsi varmı?! Biz nə qədər səy göstərdik, Qırmızı Xaç da bunun şahididir. Qırmızı Xaçın iştirakı ilə biz bunu edirdik. Onlar imtina etdilər. Yaşlı kişi bizdə qaldı. Qırmızı Xaç onu bizim köməkliyimizlə xəstəxanaya yerləşdirdi və bütün səylərə baxmayaraq bir müddətdən sonra o, rəhmətə getdi. Biz bunu da edirdik, amma onların cavabı nə oldu?" - deyə prezident əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan və Qubadlıda - VİDEO - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəng...