İlham Əliyev erməni silahlı qüvvələrinin Gəncəni atəşə tutması ilə bağlı paylaşımlar edib
11
okt
2020
16:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması ilə bağlı “Twitter” hesabında bir neçə paylaşım edib:
“Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır”.
Digər paylaşımda deyilir:
“Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!”
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib - TAM MƏTN
Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib. Oktyabrın 11-də həmi...