İlham Əliyev: "Bu günə qədər mən bilmirəm, Paşinyan onu hansı tində imzalayıb"

İlham Əliyev: Bu günə qədər mən bilmirəm, Paşinyan onu hansı tində imzalayıb
Siyasət 217

"Müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. Mən bunu xalqa çatdırandan sonra fikirləşdim, yəqin ki, mənim həyatımda ən xoşbəxt günlərimdən biridir".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Ağdam şəhərinin baş planının təqdimatında ictimaiyyət nümayəndələri ilə görüşü zamanı bildirib.

"Çünki birinci rayonu tam azad etmək, işğalçılardan tam təmizləmək doğrudan böyük tarixi hadisə idi və xalqımıza, ordumuza əlavə ruh verdi, inam verdi. Ondan sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. Hər dəfə öz-özümə deyirdim ki, ən xoşbəxt günlərimi yaşayıram. 10 noyabr – Ermənistanın kapitulyasiya aktı.

Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, o, hansı formada imzalandı. Bu günə qədər mən bilmirəm, Paşinyan onu hansı tində imzalayıb. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir", - deyə ölkə başçısı əlavə edib.

Son xəbərlər