İlham Əliyev Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb oldu. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi və bu, daha böyük faciələrə yol açdı”.
BAKU.WS xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən söyləyib.
Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin səbəblərini izah edən dövlətimizin başçısı deyib: “Ondan (Laçının işğalından-red.) bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur”.
Oxşar xəbərlər
İlham Əliyev Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi tə...