İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
BAKU.WS xəbər verir ki, Bilal Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından və öz adından dövlətimizin başçısını ad günü münasibətilə təbrik etdi, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzuladı.
Təbrikə və göstərilən diqqətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefonla danışdığını məmnunluqla qeyd etdi.
Söhbət zamanı Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunun final mərhələsinin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirildi, milli idman oyunlarının inkişaf etdirilməsi istiqamətində ölkələrimizin əməkdaşlığının önəmi vurğulandı.
Oxşar xəbərlər
Ərdoğanın oğlu Bakıya gəlib
Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı qardaşlarımıza salamlarını və cənab Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklərini gətirmişik”....