İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
Yeniliklərdən dərhal xəbərdar olun
Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir.
Bu sözləri Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında söyləyib.
İşğal illərində Qarabağ və Şərqi Zəngəzurda hər şeyin dağıdıldığını vurğulayan dövlət başçısı deyib: “İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik”.
Oxşar xəbərlər
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərba...