İlham Əliyev: “Azərbaycanı bərpa olunan enerji istehsalçısı və ixracatçısına çevirməyə çalışırıq”

25
apr
2023
15:10
“Azərbaycan ölkəni bərpa olunan enerji mənbələrindən enerji istehsalçısına və ixracatçısına çevirmək üçün çalışır”.
Report-un Sofiyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
Dövlət başçısı əlavə edib ki, artıq Azərbaycanda ilk külək və günəş elektrik stansiyalarının tikintisinə başlanılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub - FOTO - YENİLƏNİB
Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. B...