Leyla və Arzu Əliyevaların Şəkidə görüşdüyü sənətkar danışdı
Tanınmış şəbəkə ustası Tofiq Rəsulov aprelin 28-də Şəkidə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ilə görüşü barədə Baku TV-yə danışıb.
Sənətkar bildirib ki, görüş yüksək səviyyədə keçib və qonaqlara şəbəkə sənətinin incəlikləri ətraflı şəkildə təqdim edilib.
Tofiq Rəsulov qeyd edib ki, bu sənətin əsas xüsusiyyətlərindən biri mismarsız və yapışqansız yığılma texnikasıdır:
"Bu üsul dünyada nadir texnikadır. Qonaqlar şəbəkənin necə yığıldığını öz əlləri ilə sınadılar və prosesi yaxından hiss etdilər".
Sənətkar əlavə edib ki, qonaqların əsas tövsiyəsi bu sənətin yaşadılması ilə bağlı olub:
"Leyla xanım xüsusilə vurğuladı ki, bu sənət ölməməlidir, inkişaf etməlidir, burada tədrisin genişləndirilməsi, sərgilərin təşkili və gənc nəslin yetişdirilməsi vacibdir".
Oxşar xəbərlər
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimo...