Leyla Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda - FOTO
03
iyl
2019
22:13
İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səhiyyə Nazirliyinin Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub.BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, institutun kollektivi Leyla Əliyevaya bu tibb müəssisəsinə gəldiyinə görə minnətdarlığını bildirdi.Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev məlumat verdi ki, institutda 245 çarpayılıq 8 klinik şöbə və bir çox paraklinik bölmələr fəaliyyət göstərir.Heydər Əliyev Fondunun vitse-prezidenti burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşdü, balacalara hədiyyələr təqdim etdi.Azərbaycanda ilk yaradılan şəfa ocaqlarından biri olan bu tibb müəssisəsi bir əsrə yaxın vaxt ərzində ana və uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir. Bu institutda həkim-mütəxəssislər və həkim-rezidentlər üçün mühazirələr də təşkil olunur, burada təcrübə keçən həkim-rezidentlər ayda bir dəfə pediatriyanın müxtəlif mövzularında təqdimatlarla çıxış edirlər. İnstitutda respublikanın tibb müəssisələri üçün yüksəkixtisaslı mütəxəssislər və elmi işçilər hazırlanır. Yenidoğulanların 50 çarpayılıq reanimasiya və intensiv terapiya şöbəsi respublika üzrə reanimatoloji-neonatoloji mərkəz funksiyasını yerinə yetirir. Bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunub, 1927-ci ildə isə yenidən qurularaq Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilib. İnstitutda bir çox illər ərzində pediatriya elminə və elmi kadrların hazırlanmasına böyük töhfə vermiş görkəmli alimlər çalışıb. Bu tibb müəssisəsi dünyanın aparıcı pediatrik səhiyyə müəssisələri ilə sıx əməkdaşlıq və təcrübə mübadiləsi aparır. Son illər ərzində hər il institutun bölmələrində 30 mindən çox uşağa tibbi xidmət göstərilib.Heydər Əliyev Fondu respublikada ana və uşaqların sağlamlığının mühafizəsinə xüsusi diqqət yetirir. İndiyədək Fondun dəstəyi və təşəbbüsü ilə çox sayda ambulator-poliklinika və stasionar tibb müəssisələri təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kollektivə uğurlar arzuladı, burada müalicə olunanlara şəfa dilədi.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva körpələr evinin sakinləri ilə görüşdü - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 3-də Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb.BAKU.WS AZƏRTAC-a istinadən xəbər ver...