Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 24-də Pekində Çin Milli İnsan Genomu Mərkəzində olub.
BAKU.WS xəbər verir ki, Çinin Elm və Texnologiya Nazirliyinin rəyi ilə yaradılmış mərkəz Çində ölkə səviyyəli genom tədqiqat müəssisələrindən biridir. Çin Milli İnsan Genomu Mərkəzi elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılmasını və Çində genomik sənayenin yaradılmasını təşviq edir. Mərkəz fundamental və kilinik tədqiqatlar, populyasiya genetikası və bioinformatika sahələrində layihələr həyata keçirir. Bildirilib ki, mərkəzin işində ən qabaqcıl texnoloji avadanlıqlardan istifadə olunur.
Leyla Əliyeva mərkəzin laboratoriyalarına və bioloji nümunələr bankına baxıb. Mərkəzin rəhbərliyi ilə söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə potensial əməkdaşlıq imkanları, o cümlədən onkoloji xəstəliklər, serebral iflic və digər xəstəliklərin müalicəsi zamanı Genom Mərkəzinin metodlarının tətbiqi məsələsi müzakirə olunub.
Qalereya

Oxşar xəbərlər
Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatıb. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki,...