Leyla Abdullayevanı XİN-də kim əvəz edəcək? - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Fransada yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
41 yaşlı L.Abdullayeva 2018-ci ildən bu günə qədər Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi vəzifəsində çalışıb.
BAKU.WS Modern.az-a istinadla xəbər verir ki, XİN-in mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib.
O, bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində işləyib. A.Hacızadə artıq bir müddətdir ki, XİN-in mətbuat xidmətində işə başlayıb.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...