Lavrov Rusiya vətəndaşlarının İrandan təxliyəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı aparılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti, eləcə də Azərbaycanla Rusiya arasında ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Rusiya xarici işlər naziri incəsənət xadimləri daxil olmaqla Rusiya vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə ölkə rəhbərliyinə və bütün aidiyyəti qurumlara təşəkkür edib.
Tərəflər İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
İlham Əliyevin Antonio Koşta ilə görüşündə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olunub
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə rəsmi nahar əsnasında geniş tərkibdə gö...