Lavrov: Ermənistan öz məsələlərini birbaşa qonşu ölkələrlə həll etməlidir
Ermənistan öz məsələlərini birbaşa qonşu ölkələrlə həll etməlidir.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında "Report"un sualını cavablandırarkən bildirib.
"Aİ missiyasının Ermənistanın Sünik rayonunda "təhlükəsizliyi" təmin edəcəyini bəyan etməsini tam başa düşmürəm. Ona görə də biz Azərbaycan Prezidenti İlham Əliyevin "3+3" mexanizminin yaradılması təşəbbüsünü fəal dəstəklədik", - deyə Lavrov bildirib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və razılaşdırılması iki ölkənin suveren qərarıdır.
Oxşar xəbərlər
Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır
İranın raket hücumları fonunda Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti...