Lavrov: "Azərbaycanla Rusiyanın iqtisadi əməkdaşlığımızın göstəricisi olan əmtəə dövriyyəsi də rekord səviyyələrə çatır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanla Rusiyanın iqtisadi əməkdaşlığımızın göstəricisi olan əmtəə dövriyyəsi də rekord səviyyələrə çatır".
Bunu Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Biz, həmkarım - Azərbaycanın xarici işlər naziri Ceyhun Əziz oğlu Bayramovla daim əyani və indi deyildiyi kimi, onlayn təmaslarda oluruq. Həm də şübhəsiz ki, bizim iqtisadi əməkdaşlığımızın göstəricisi olan əmtəə dövriyyəsi də rekord səviyyələrə çatır və bu, son hədd deyil. Çünki Siz Prezident Putinlə təkcə ikitərəfli deyil, həm də regional və hətta qlobal xarakter daşıyacaq bir neçə meqalayihənin hazırlanmasını müzakirə etmisiniz. Bu layihələrə sizin və bizim bir çox tərəfdaşlarımız maraq göstərir. Bu da Rusiya və Azərbaycanın liderlər kimi iştirakı ilə bu regionda qarşılıqlı fəaliyyətin necə perspektivli olduğunu göstərir", - Rusiyanın XİN rəhbəri qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib - FOTO - YENİLƏNİB
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib. BAKU.WS xəbər verir ki,...