Laçın-Xankəndi yolunun başlanğıcında qurduğumuz sərhəd-buraxılış məntəqəsinin GÖRÜNTÜLƏRİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənilər Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasını lentə alıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Oxşar xəbərlər
Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri
2020-ci il Dağlıq Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olmuşdur. Altı həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüş əməliyyatlarının g...