Laçın şəhərində sülhməramlıların postları tam sökülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya sülhməramlılarının Laçın şəhərində, Zabux və Susda qurduğu müvəqqəti postlar tam sökülərək götürülüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, sülhməramlıların həmin ərazilərdəki səlahiyyətləri bir neçə gündür başa çatıb.
Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
Oxşar xəbərlər
Azərbaycan polisi Laçın şəhərində xidmət başında - FOTOlar
Bir neçə gündür Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları və Laçın Rayon Polis Şöbəsinin əməkdaşları şəhərin mərkəzində xidmətə baş...