"Laçın azad edilmiş digər torpaqlar kimi dirçələcək" - Nazir
26
avq
2022
14:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Laçın şəhəri işğaldan azad edilmiş digər torpaqlar kimi dirçələcək".
BAKU.WS xəbər verir ki, bu sözləri Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıtması ilə bağlı tviterdə etdiyi paylaşımında bildirib:
"Bütün azərbaycanlıları Laçın şəhəri, Zabux və Sus kəndlərinə qayıtmaları münasibətilə təbrik edirəm. Laçın indi Azərbaycanın nəzarətindədir, 1992-ci ildən zorla qovulmuş şəhər sakinləri öz evlərinə qayıdacaqlar. Şübhəsiz ki, şəhər də işğaldan azad edilmiş digər torpaqlar kimi dirçələcək".
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...